Az | En | Ру

Əsas səhifə
Rəhbərlik
Əlaqə
Təqvim planı
Atıcılıq növləri
Bizim çempionlar
Respublika Stend Atıcılığı İdman kompleksi
Keçidlər
 
 
Xəbərlər / Beynəlxalq Atıcılıq Federasiyası fevral ayı üçün reytinq cədvəlini açıqlamışdır  

 Beynəlxalq Atıcılıq Federasiyası fevral ayı üçün reytinq cədvəlini açıqlamışdır. Yeni reytinq cədvəlini Azərbaycan atıcıları üçün uğurlu saymaq olar. Belə ki, London Yay Olimpiya Oyunlarına lisenziya qazanmış İradə Aşumova 10 metr məsafəyə atəş açmaqda 1 pillə irəliləyərək 59-cu yerə yüksəlmişdir. Bu məsafədə Nigar Bağırova 3 rəqibini qabaqlamış və 76-cı pilləyə qalxmışdır. Gənclər arasında Avropa çempionumuz 25 metr məsafəyə atəş açmaqda da 113-cü yerə yüksəlmişdir.
Güllə atıcılarımızdan Ruslan Lunyov 10 metr məsafəyə atəş açmaqda 1 pillə aşağı enmiş və 55-ci yerdə qərarlaşmışdır. Stend atıcılarımızdan Olimpiya çempionumuz Zemfira Meftahətdinovanın mövqeyində dəyişiklik olmayıb. O, əvvəlki kimi yenə 16-cıdır.
Skit növündə mübarizə aparan Nurlana Cəfərova 3, Emin Cəfərov 2 pillə geriləmişlər. Onlar son siyahıda müvafiq olaraq 37-ci və 41-cidirlər.

 




                    Copyright ©2008 Shooting-fed.gov.az | All Rights Reserved.