Az | En | Ру

Əsas səhifə
Rəhbərlik
Əlaqə
Təqvim planı
Atıcılıq növləri
Bizim çempionlar
Respublika Stend Atıcılığı İdman kompleksi
Keçidlər
 
 
Xəbərlər / Atıcılıq üzrə açıq birinciliyin açılış mərasimi keçirilmişdir.  

Yanvarın 16-da Azərbaycan Atıcılıq Federasiyasının dəstəyi ilə Daxili İşlər Nazirliyinin Atıcılıq Tirində hüquq mühafizə orqanlarının əməkdaşları arasında Dövlət Gömrük Komitəsinin (DGK) yaradılmasının 20-ci ildönümünə həsr olunmuş atıcılıq üzrə açıq birinciliyin açılış mərasimi keçirilmişdir. 
Yarışda ümumilikdə 8 dövlət qurumunun – DGK, Respublika Baş Prokurorluğu, Xüsusi Dövlət Mühafizə Xidməti, Daxili İşlər, Milli Təhlükəsizlik, Vergilər, Ədliyyə və Fövqəladə Hallar nazirliklərinin 32 əməkdaşı iştirak edir. 
Yarışın qaliblərinə Azərbaycan Atıcılıq Federasiyası və Dövlət Gömrük Komitəsi tərəfindən diplom, kubok və xüsusi medallar təqdim olunacaqdır.






                    Copyright ©2008 Shooting-fed.gov.az | All Rights Reserved.