Az | En | Ру

Əsas səhifə
Rəhbərlik
Əlaqə
Təqvim planı
Atıcılıq növləri
Bizim çempionlar
Respublika Stend Atıcılığı İdman kompleksi
Keçidlər
 
 
Bizim çempionlar  

Zemfira  Məftəhəddinova  (28  may  1963, Bakı,Azərbaycan)  Azərbaycanın  atıcı-idmançısıdır(stend atıcılığı). O, ADİA-nı  (Azərbaycan Dövlət  İdman Akademiyasını) məzunudur. Z. Meftahəddinova  2000-ci ilin Olimpiya çempionu, 2004-cü  il  Olimpiya  oyunlarının  bürünc  mükafatçısı,  2008-ci il Olimpiya Oyunlarının iştirakçısı (15-ci yeri  tutub), 1986, 1987  və 1988-ci   illərin  çempionu, 1986 və 1988-ci  illərin gümüş  mükafaçısı,  1987   və 1990-cü  illərin   bürünc  mükafatçısı,1986-cı ilin   komanda   şəklində dünya  çempionatının   gümüş  mükafatçısıdır. 1986-ci il SSR-i   çempionatının   bürünc  mükafatçısıdır.  Bakıda  “Dinamo” idman klubunu  təmsil  edir.

   Sidneydə keçirilən  2000-ci il Olimpiya   oyunlarında, 73 25  nəticəsi   ilə   Azərbaycanın atıcılıq üzrə  yığma  komandasına  birinci  qızıl medalı qazandırdı. Afinada   keçirilən  2004-cü  il Olimpiya oyunlarinda  71 22  nəticəsi ilə   atıcılıq  üzrə  üçüncü   yerə  laiq  gorülmüşdür.

  Zemfira  həmçinin   Pekində  keçirilmiş  2008-ci il Olimpiya oyunlarında da iştirak  etmişdir, 63  hədəfi  vuraraq  15-ci yeri tutmuşdur.

 

İradə  Süleyman qızı Aşumova  (25  fevral  1958, Bakı,Azərbaycan) Azəbaycanın atıcı-idmançısıdır. Azərbaycan yığma komandasının məşqçisi (güllə atıcılığı üzrə) İ. Aşumova  2004-cü il Olimpiya oyunlarının bürünc mükafatçısı, 1996 və 2000-ci  illərdə keçirilən Olimpiya oyunlarının  iştrakçısıdır. 1985, 1998 və  2002-ci illərdə  keçirilən  dünya  çempionatının gümüş  mükafatçısıdır, 1986-cı il  Dünya  Kubokunun  sahibidir. “Neftçi”idman klubunun  üzvüdür.

    Bakıda, Azərbaycan  Bədən  Tərbiyəsi və İdman  İnstitutunda  dərs  deyir. Oğlu Ruslan  Lunev da   atıcı – idmançıdır. Hobbisi- oxumaqdır.

    Londonda  keçiriləcək  2012 Olimpiya  oyunlarında  Azərbaycanı təmsil edəcəkdir.

 




                    Copyright ©2008 Shooting-fed.gov.az | All Rights Reserved.